Dünya

Əfqanıstanda məşum terakt: 12 ölü, 179 yaralı - FOTO

7 İyul 2019 20:44
0 Şərh     Baxış: 1 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Qəzni şəhərində, Milli Kəşfiyyat Xidmətinin (MKX) yerli idarəsinin binası qarşısında güclü partlayış olub.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, "canlı bomba"nın törətdiyi partlayışda MKX-nin 8 əməkdaşı və 4 mülki şəxs həlak olublar.

Qəzni qubernatorunun bəyanatında bildirilir ki, teraktda 96 nəfər yaralanıb. Yaralıların əksəriyyəti məktəblilərdir.

Az öncə yayılmış rəsmi məlumata görə, yaralıların sayı 179 nəfərə çatıb.

Terakta görə məsuliyyəti "Taliban" boynuna götürüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.