Dünya

Ermənilərin saxtakarlığı sərhəd tanımır: Məhəmməd peyğəmbərin adından müdhiş yalan

12 İyun 2019 17:47
1 Şərh     Baxış: 2 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər bədii ədəbiyyatda və mətbuatda guya Məhəmməd peygəmbər də daxil olmaqla böyük nüfuza malik müsəlmanların erməni kilsələrinə ərməğan edilmiş sənədlərdən sitatlar nümayiş etdirilir. Amma maraqlısı odur ki, bu sənədlərin heç birinin əsli olmayıb.

Milli.Az Axar.az-a istinadən sizlərə ermənilərin ən böyük tarixi saxtalaşdırmasını təqdim edir - Osmanlı Türkiyəsində və Səfəvi imperiyasında erməni ruhanilərinin ərəb-müsəlman sənədlərinin saxtalaşdırma və ogurlanma faktları:

Məsələ ondadırki, erməni katalikosları yaranmış çətin bir siyasi durumda batmamaq üçün ən alcaq yollara əl atırdılar.

İndi isə hələ ermənilərin özünün pofessoru A.D.Papazyanın 1950-60-cı illərdə aşkar etdiyi bəzi saxta sənədləri təqdim edirik. Qeyd edek ki, bu sənədlər Osmanlı dövründə Erməni Katalikosunun arxivində tapılıb:

Onların arasında guya şəxsən Məhəmməd peyğəmbərin Erməni katolikoslarına verdiyi, XVI əsrdə saxtalaşdırılmış məktublar diqqət çəkir. Bu "məktublar" Eçmiadzinə Türkiyənin Axtamar monastrından gəlib çıxıb. Onları görünür Eçmiadzin monastrına köçən zaman erməni kilsə adamları özləriylə gətirib. Bu saxta əlyazmalarının bəzi nüsxələri A.D.Papazyan tərəfindən Matenadaran arxivlərində kilsə sənədləri arasında aşkarlanıb. A.Papazian qeyd etmişdir ki, "Məhəmməd Peyğəmbər adından tərtib olunmuş məktublar haqqında sənədin mətni təhrif olunmuş, ciddi qrammatik və yazım səhvləri ilə yazılmışdır".

Erməni alim qeyd edir ki, Matenadaran arxivində bu sənədin başqa bir kopyası da mövcuddur. Amma bu kopyada kustar üsulla saxtalaşdırılmışdır.  

"Yüzlərlə bu saxta kopyalar XVI əsrə aid olan sənədlərin esli adı ilə bütün dünya ermənilərinə, kilsələrinə paylanılır".

Ermənilər Osmanlı hökmdarlarının Peyğəmbərin göndərdiyi sənədə nə qədər hörmətlə yanaşmasını bilib, hakimiyyət orqanlarından imtiyaz və himayə almaq niyyəti güdürdülər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.