Dünya

Tayvanda güclü zəlzələ olub

22 May 2019 09:28
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanın şimal-şərq sahillərində güclü zəlzələ olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təkanların yerli vaxtla səhər 09:37-də 4,6 bal gücündə olduğu bildirilib.

Təxminən 25,7 kilometr dərinlikdə baş vermiş zəlzələnin episentrinin Xaulyan məntəqəsinin sahil zonaları olduğu qeyd edilib.

Təkanlar sahil xəttində olsa da, Nantou, Xualyan, İlan, eləcə də Tayçjun şəhərlərində hiss olunub.

Dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 23 milyon əhalisi olan Tayvan seysmik cəhətdən aktiv zonada yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.