Dünya

Kabinetlərdən çıxın, küçələri tutun! - Saakaşvili

21 May 2019 20:14
0 Şərh     Baxış: 2 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda qələbə çox yaxındır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

"Hazırda enerjik fəaliyyətlər lazımdır. İndi dayanmamalıyıq. Hazırda irəliyə getmək və bir-birimizi qısqanmamaq gərəkdir.

İndi qapanmaq və bir-birimizə nəzarət etmək zamanı deyil, cəbhəni genişləndirmək zamanıdır. Kabinetlərdən çıxmalı və bütün küçələri tutmaq lazımdır. Xalq hiss etməlidir ki, biz İvanişvili kimi insanlardan öz məqsədlərimiz naminə istifadə etmirik", - deyə o bildirib.

O, İvanişvilinin qeyri-rəsmi idarəçiliyi ləğv edilməyənə qədər ölkədə normal seçkilər keçirməyin mümkün olmayacağını deyib.

Saakaşvili İvanişviliyə qarşı ilk böyük dalğa yaranan kimi Gürcüstana qayıdacağını söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.