Dünya

Məşhur jurnalist vəfat etdi

9 May 2019 22:02
2 Şərh     Baxış: 4 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Qovorit Moskva" radiostansiyasının baş redaktoru, məşhur jurnalist Sergey Dorenko yol qəzasında həlak olub.

Milli.Az TASS-a istinadən bildirir ki, Moskvanın mərkəzi küçələrindən birində motosikldə hərəkət edən 59 yaşlı Dorenko qəflətən kəskin ürəktutmadan yıxılıb.

Yol kənarındakı insanlar təcili yardım çağırsalar da, S.Dorenkonu xilas etmək mümkün olmayıb.

O, çox ağır vəziyyətdə çatdırıldığı reanimasiya bölməsində keçinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.