Dünya

İndoneziyada ölümcül seçki - 276 nəfər yorğunluqdan ölüb

27 Aprel 2019 08:05
1 Şərh     Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada aprelin 17-də keçirilən seçkilərdə 276 nəfər  komissiya üzvü və polis yorğunluqdan ölüb. Daha öncə ölənlərin sayının 90 olduğu,366 nəfərin isə xəstələndiyi bildirilmişdi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İndoneziya Mərkəzi Seçki Komissiyasının sədri Ariv Budiman bildirib ki, ölənlərin 225-i yaşı 40-dan yuxarı olan məmurlardır. Üstəlik seçkilərin gedişini müşahidə edən daha 33 nəfər də vəfat edib. Bunun əsasən yorğunluqdan baş verdiyini deyən MSK sədri əlavə edib ki,  seçki ilə əlaqədar  iş başında,yol-nəqliyyat hadisələrində ölən 18 polisi də bu siyahıya daxildir.

İndoneziyanın coğrafi şəraiti seçki komissiyalarının üzvlərini və polisləri seçki bülletenlərini və qutularını  cəngəlliklərdən, çaylardan və dağlardan keçərək seçicilərə çatdırmağa məcbur edir. Bu zaman onlar  vəhşi təbiətdə at və qayıq vasitəsilə hərəkət edirlər. Seçki məntəqələri isə ümumilikdə 17 min adada yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.