Dünya

Tarixçi Notr-Dam yanğınından danışdı, studiyadan qovuldu - VİDEO

17 Aprel 2019 17:29
0 Şərh     Baxış: 1 801

Rusiyanın "Birinci" kanalında yayımlanan "Zaman göstərəcək" tok-şousunun efirində tarixçi Aleksandr Sıtin Notr-Damdakı yanğını müzakirə edən zaman 2014-cü il Odessa yanğını qurbanları haqqında birmənalı olmayan ifadələr işlədib.

Milli.Az bu barədə Oxu.az-a istinadən xəbər verir.

"Siz Avropanın ən önəmli, mədəni dəyər daşıyan binalarından birində baş verən yanğını 2014-cü il mayın 2-də Odessada az önəmli insan materialının məhv olması ilə müqayisə edirsiniz", - deyən tarixçinin bu fikri dərhal auditoriyada qıcıq oyadaraq, etirazlar və qəzəb dolu replikalarla müşayiət olunub.

Bundan sonra aparıcı Anatoli Kuziçev Sıtinin studiyanı tərk etməsini tələb edib.

Xatırladaq ki, 2 may 2014-cü ildə Odessada Avromaydan fəalları ilə Ukrayna federalizasiyasının tərəfdarları arasında qanlı toqquşmalar baş verib. Münaqişənin gedişində ukraynalı millətçilər düşmənlərini Həmkarlar İttifaqı binasına toplayaraq, onlara Molotov kokteylləri atıb. Hadisə nəticəsində 40-dan çox adam diri-diri yanıb, 174 nəfər yaralanıb. "2 may hadisələri" ilə bağlı məhkəmə araşdırması indiyə kimi yekunlaşmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tarixçi Notr-Dam yanğınından danışdı, studiyadan qovuldu

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.