Dünya

Salma Hayekin milyarder əri Notr-Damın bərpası üçün 117 milyon dollar təklif etdi

16 Aprel 2019 10:29
0 Şərh     Baxış: 3 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salma Hayekin əri Notr-Dam kilsəsinin bərpası üçün külli miqdarda pul təklif edib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, məşhur meksikalı aktrisa Salma Hayekin biznesmen əri Fransanın Site adasında yerləşən Notr-Dam kilsəsinin bərpası üçün 117 milyon dollar verə biləcəyini söyləyib.

Milyarder iş adamı Fransua-Henri Pinault kilsənin bərpası üçün maddi cəhətdən yardım edəcəyini bildirib.

Qeyd edək ki, 850 yaşı olan Notr-Dam kilsəsində hazırda yanğın söndürülüb.Fransa prezidenti Emmanuel Makron kilsənin bərpa ediləcəyinə dair vəd verib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.