Dünya

Tramp-Rusiya sövdələşməsi təsdiq olunmadı

25 Mart 2019 11:00
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın xüsusi prokuroru Robert Müller Moskva ilə Donald Trampın seçki qərargahı arasında sözləşmənin olmadığını təsdiq edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Robert Müller tərəfindən aparılan araşdırmanın yekunu üzrə hazırlanan hesabatda qeyd olunub.

Bu sənəddə öz əksini tapan əsas fikirləri bazar günü eyni zamanda Baş Prokurorluq funksiyasını yerinə yetirən ABŞ-ın Ədliyyə Nazirliyi dərc edib.

Ədliyyə naziri Uilyam Barr bu fikirləri özündə əks etdirən məktubu Konqresin Senat və Nümayəndələr Palatasının hüquq komitələrinin rəhbərlərinə göndərib.

"Xüsusi prokurorun araşdırması zamanı əldə edilən sübutlar prezidentin cinayət törətməsi və ədalət məhkəməsinə maneəçilik etməsini müəyyənləşdirmək üçün yetərsizdir", - məktubda qeyd olunub.

Sənəddə bildirilir ki, "araşdırma Trampın seçki kampaniyası iştirakçılarının Rusiya ilə sözləşməyə girməsi və ya müdaxilə üzrə hərəkətləri əlaqələndirməsini aşkar etməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.