Dünya

Türkiyədə əməliyyat: Çox sayda PKK mənsubu həbs olundu

20 Mart 2019 10:40
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ankara və İzmir vilayətlərində PKK-ya qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əməliyyat nəticəsində Ankarada PKK üzvü olduqları ehtimal edilən 9 nəfər, İzmirdə isə 10 nəfər saxlanılıb. Onlardan terrorçuluqda istifadə olunan ləvazimatlar götürülüb. Bildirilir ki, həbs edilən qruplar Novruz şənliklərində təxribat törətməyə hazırlaşırmışlar.

Bundan başqa, Elazığda PKK mənsublarına məxsus qayıq aşkarlanıb. Terrorçuların qayıqla PKK üçün mütəmadi olaraq ləvazimatlar daşıdıqları müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.