ABŞ-OPEK savaşı qızışır: Nefti nələr gözləyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
OPEK+ ölkələri orta perspektivdə hasilatı daha da azaltmaq məcburiyyəti qarşısında qalacaqlar.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a yaxın və orta perspektivdə dünya neft bazarını gözləyən dəyişikliklər barədə danışan iqtisadçı ekspert Pərviz Heydərov deyib. O, dünya neft bazarında rəqabət şəraitinin olduqca kəskin xarakter aldığını bildirib:
"ABŞ-ın illər öncə neft qiymətlərinin formalaşmasında təsir imkanları kifayət qədər böyük idi, ancaq indi vəziyyət tamamilə dəyişib. Xüsusən də 2014-cü ilin yayından sonra neft qiymətlərinin mərhələli olaraq düşməsi nəticəsində OPEK və OPEK-ə daxil olmayan ölkələr bir araya gələrək hasilatı azaltmaqla bazardakı ucuzlaşmanın qarşısını almağa nail olublar. Məhz bunun nəticəsidir ki, 2017-ci ildən etibarən neft qiymətləri sabitləşib. 50 dollar ətrafında dəyişən qiymətlər ötən ilin ikinci yarısından etibarən 60 dolları ötüb".
İqtisadçı hesab edir ki, OPEK hasilatın məhdudlaşdırılması haqqında qərarını bu il də qüvvədə saxlayacaq:
"ABŞ-da şist neft hasilatı sürətlə genişlənir və yeni neft yataqları istismara verilir. Bu o deməkdir ki, ABŞ dünya neft bazarında həm istehlakçı, həm də istehsalçı kimi çıxış etməyə başlayır. Bu isə Səudiyyə Ərəbistanı başda olmaqla, bütün OPEK, o cümlədən təşkilata daxil olmayan ölkələr üçün təhlükəli vəziyyət yaradır. Ona görə də OPEK+ ölkələri orta perspektivdə hasilatı daha da azaltmaq məcburiyyəti qarşısında qalacaqlar. ABŞ-da hasilatın artması fonunda neft qiymətlərini 60 dollar civarında saxlamaq üçün bundan başqa çarə yoxdur. Əslində, bu, neft hasilatçısı ölkələri, həmçinin Azərbaycan üçün çox məqbul bir qiymətdir".
P.Heydərov vurğulayıb ki, neftin qiymətinin 60 dollar olması siyasi ambisiyaları olan ABŞ üçün sərfəli deyil:
"ABŞ dövlət gəlirləri neftdən asılı olan ölkələrin iqtisadiyyatını çökdürmək istəyir. Buna görə də ABŞ dünya bazarına əvvəlkitək təsir göstərmək üçün bütün qüvvəsi ilə hasilatı artırmağa çalışacaq. Ancaq ABŞ-ın neft qiymətlərini 60 dollardan aşağı çəkibə bilib-bilməyəcəyini zaman göstərəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
XƏBƏR LENTİ
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol





