Dünya

Müsəlman kralın rus arvadının başqa kişi ilə İNTİM GÖRÜNTÜLƏRİ yayıldı - FOTO

14 Mart 2019 12:20
2 Şərh     Baxış: 9 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda "Miss Moskva-2015" gözəllik müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evləndiyi üçün taxtını tərk etdiyi iddia edilən Malayziya kralı Sultan V Məhəmmədi sarsıdacaq görüntülər yayılıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Sultan V Məhəmmədin aldığı rus gözəlinin başqa kişi ilə intim görüntüləri ortaya çıxıb.

Kadrlarda V Məhəmmədin taxtdan enməsinə səbəb olduğu deyilən özündən 24 yaş kiçik keçmiş gözəllik kraliçasının bir başqa şəxslə hovuzda sevişdiyi kadrlar ölkəni bir-birinə qatıb. Onun modellik zamanında alt paltarında bir telekanalda yayımlanan realiti şouda oğlan itirakçı ilə hovuzda intim əlaqə görüntüləri Malayziyada zəlzələ effekti yaradıb.

Xatırladaq ki, cütlüyün toyu 22 noyabrda Rusiyanın ən lüks məkanlarından birində baş tutmuşdu.

Müsəlman olan "first lady"nin toydan sonra hamilə qalmaq üçün Almaniyada müalicə olunduğu da deyilirdi. Sultan V Məhəmmədin taxtdan enməsinin səbəbi bu günə kimi açıqlanmır.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.