Dünya

BƏƏ-dən xaricə pul köçürmələri təqribən 40 milyard dirhəm təşkil edib

13 Mart 2019 21:53
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankının statistik göstəricilərinə görə, 2018-ci ilin dördüncü rübü ərzində BƏƏ-dən pul köçürmələrinin həcmi 39,9 milyard dirhəm təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz azdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə 9,5 milyard dirhəm pul köçürmələri banklar vasitəsilə, 30,4 milyard dirhəm isə pul mübadiləsi ilə məşğul olan şirkətlər vasitəsilə göndərilib.

Dördüncü rübdə pul köçürmələrinin ümumi həcminin 34,2 faizi Hindistanın payına düşür. Belə ki, bu ölkə miqrantların əməkhaqları hesabına daha çox mənfəət qazanır. Sonrakı yerləri Pakistan (9,4 faiz), Filippin (7,2), ABŞ (5,9) və Misir (5,5) bölüşürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.