Dünya

Rus qadınların ən çox çalışdığı sahələr bilindi

10 Mart 2019 18:10
0 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federal Dövlət Statistika Xidməti qadınların daha çox hansı sahələrdə çalışdığını müəyyən edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, zərif cincin nümayəndələrinin əksəriyyəti təhsil və tibb sahəsində çalışır. 2017-ci ilin məlumatına görə, təhsil sahəsində çalışanların 82 faizini qadınlar təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində çalışanların 79 faizini də qadınlar təşkil edir.

Hotel biznesi və ictimai qidalanma müəssisələri çalışanların 73 faizini, maliyyə və sığorta agentliklərində çalışanların 69 faizini qadınlar təşkil edir. Mədəniyyət, idman və istirahət müəssisələrində çalışanların isə 34 faizini kişilər, 66 faizini isə qadınlar təşkil edir. İnşaat sektoru və faydalı qazıntıların əldə edilməsi sahəsindən çalışan qadınların sayı isə çox azdır. Bu sahədə çalışanların 14 -17 faizini qadınlar təşkil edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.