Dünya

Məhəmməd bin Salman Pakistana rəsmi səfər edib

18 Fevral 2019 08:59
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib. Milli.Az Trend-ə istinadən bildirir ki, hava limanında vəliəhd şahzadəni Pakistanın baş naziri İmran xan qarşılayıb.

Daha sonra iki ölkə lideri baş nazirin iqamətgahına yollanıb. İki gün ərzində M.bin Salman Pakistan siyasətçiləri ilə, həmçinin Prezident Arif Alvi və Qərargah rəisi general Kamar Bacvu ilə də, görüşlər keçirəcək.

Səfər çərçivəsində tərəflərin müəyyən sənədlərin imzalayacağı gözlənilir.

Pakistandan sonra M.bin Salman Hindistan və Çini də ziyarət etmək niyyətindədir. Daha əvvəl nəzərdə tutulan Malayziya və İndoneziya səfərləri izah edilmədən təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.