Dünya

Abe Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb

16 Fevral 2019 08:02
0 Şərh     Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın baş naziri Sindzo Abe ölkə adından ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Politico" məlumat yayıb.

Trampın sözlərinə görə, o, bu barədə Abenin özü vasitəsilə məlumatlanıb. Yaponiyanın baş naziri bildirib ki, Trampın Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında sülhü qaydaya salması ilə bağlı əməyini qeyd etməyə dəyər.

"Yaponlar məhz Vaşinqtonun hərəkətləri nəticəsində özlərini təhlükəsizlik şəraitində hiss edirlər. Əvvəllər adanın üstündə raketlər uçurdu və sirenalar səslənirdi, amma indi hər şey bitib, onlar özlərini təhlükəsiz şəraitdə hiss edirlər", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti Kim Çen Inla Donald Tramp arasında keçiriləcək sammitə hazırlıqla əlaqədar Hanoya yola düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.