Dünya

Parisdə etirazçılar banklara və kafelərə hücum edib - FOTO

9 Fevral 2019 22:04
0 Şərh     Baxış: 716

Parisdə "sarı jiletlilər"in keçirdiyi etiraz aksiyası banklara, kafelərə və restoranlara hücumlarla müşayiət olunur.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Yelisey çöllərindən ölkə Senatına gedən yolun ortasında etirazçılar bank filiallarına hücum edib. Böyük sığorta şirkətlərindən birinin ofisi isə tamamilə dağıdılıb. Bundan başqa bir çox şirkətin ofisləri və nümayəndəlikləri də zərər çəkib.

Qeyd olunur ki, Vojirar küçəsində etirazçılar polis avtomobillərini daşlayıb. Mediçi küçəsində də "sarı jiletlilər" bir sıra kafe və restoranlara hücum edib. Polis etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Artıq 13-cü həftədir etiraz nümayişinə çıxan aksiyaçılar bu gün Parisin Yelisey çölləri prospektində "Ulduz" meydanına toplaşırlar. Nümayişçilər Zəfər Tağı qarşısında toplaşacaq və Eyfel Qülləsi qarşısındakı Mars çölləri bağına qədər yürüş edəcəklər. Onlar prezident Emmanüel Makronun istefasını və V Respublikanın buraxılmasını tələb edirlər. Nümayişçilər sosial şəbəkələr vasitəsilə axsam saat 17:00-dan sonra Respublika meydanında 3-cü "sarı gecə" aktına dəvət olunurlar.

Qeyd edək ki, ötən həftə Fransanın Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı (CGT) və "sarı jiletlər" birlikdə aksiya keçiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.