Dünya

Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru və müavininə sanksiya tətbiq edilib

21 Yanvar 2019 20:59
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı (Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində iştirakına görə Rusiyanın 9 vətəndaşına və bir müəssisəsinə qarşı sanksiya tətbiq edib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə qərar Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında qəbul olunub.

Sanksiyaya məruz qalanlar arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru, vitse-admiral İqor Kostikov və bir müavini, idarənin əməkdaşları Aleksandr Mişkin ("Aleksandr Petrov") və Anatoli Çepiqanın ("Ruslan Boşirov") da adları var.

Avropa İttifaqının XİN başçılarının toplantısında Suriyanın 5 şirkətinə və 11 nəfərə sanksiyanın genişləndirilməsi barədə də qərar qəbul olunub. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.