Dünya

DNT-nin atası bütün titullarını itirdi

14 Yanvar 2019 16:28
3 Şərh     Baxış: 1 942

Dünyaca məşhur amerikalı bioloq, Nobel tibb mükafatının laueratı Ceyms Uotson bütün fəxri adlarından və titullarından məhrum edilib. Onun əvvəllər başçılıq etdiyi "Cold Spring Harbor" laboratoriyasının qərarı belədir.

Milli.Az bildirir ki, qərarın səbəbi 90 yaşlı dahi alimin, "DNT-nin atası" kimi tanınan Ceyms Uotsonun neqroid irqindən olan insanlar, qaradərililər barədə dedikləridir. Uotson qaradərililərin əqli qabiliyyət səviyyələrinin aşağı olduğunu iddia edir.

"American Masters: Decoding Watson" sənədli filmində o, deyib: "Əslinə baxanda Afrikanın gələcəyini çox pis görürəm, çünki bütün sosial siyasətimiz qaradərililərin intellekt səviyyəsinin bizdə olduğu kimi düşüncəsinə əsaslanır. Halbuki bütün araşdırmalar bunun əksini göstərir".

2007-ci ildə də qaradərililəri aşağıladığı üçün o, laboratoriya rəhbərliyindən kənarlaşdırılmışdı.

İndi isə C.Uotson fəxri rəhbər, Oliver Qreys adına əməkdar professor və digər fəxri adlarından məhrum olunub.

C.Uotson 2014-cü ildə Nobel medalını hərracda sataraq əldə edilən pulları universitet və institutlarda elmi tədqiqatların dəstəklənməsinə yönəltmişdi.

O, DNT strukturunun şifrəsini açdığı üçün 1962-ci ildə Frensis Krik və Moris Uilkinsonla birlikdə tibb üzrə Nobel mükafatı almışdı.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Filantrop · 14 Yanvar 16:4853

    Uotson kimi nəhəng neqroid irqinə mənsub insanların intellektual səviyyəsinin aşağı olduğunu deyirsə,bu -HƏQİQƏTDİR.

    Cavab yaz
  • Anonim
    Asdf · 14 Yanvar 18:3100

    Bunu elen edib gundeme gelmek agilsizliqdi beli amma bunu qeyd etmekden chekinmek de hemchinin. Elm qadagadan kenarda movcuddur axi. Tekche Haitiyle Dominikan Res.nin yerleshdiyi eyni 1 adaya baxmaq kifayetdi. Haiti qaralarin Dominikan ise aglarin dovletidi. Biri ushaqlarini sozun esil menasinda satacaq qeder kasib digeri ise inkishaf etmish dovletdi. Afrikada yegane inkishaf etmish dovlet de aglarin qurduqlari dovletdi. Irqler dogurdan da beraber deyil. Beyin de fizioloji qurulushumuzun bir hissesidi. Her irqin oz inkishaf eden ve etmeyen terefleri var aglarda beyin gorunur ki daha chox inkishaf edib qaralarda ise meselen beden. Onlar daha dozumludurler fiziki olaraq. Mehemmedeli, Tayson, Pele qaralardan Bethoven, Shekspir, Ibn Sina ise aglardan olub

    Cavab yaz
  • Anonim
    Kserks · 14 Yanvar 20:2110

    Allah her seyi evvelden bilendir. Allah dagыna baxыr, qarыnы yagdыrыr. Uotson duppe-duz deyir. Dunyanin en intellektual milleti turkmenlerdirler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.