Dünya

Ata 6 yaşlı oğlunu süpürgənin sapı ilə döyə-döyə öldürdü - Qeyri-adi səbəb - FOTO

14 Yanvar 2019 12:14
9 Şərh     Baxış: 3 306

Türkiyənin Hatay rayonunun İskəndərun qəsəbəsində pilləkəndən yıxıldığını deyib, xəstəxanaya gətirdiyi oğlunu atanın döydüyü üzə çıxıb.

Milli.Az sfera.az-a istinadla xəbər verir ki, Məhmət Əli Yılmaz adlı kişi 2012-ci ildə evləndiyi və bir müddət öncə boşandığı Gülüstan Özgərdən olan 6 yaşlı Mərtcan adlı oğlunu yanvarın 3-də xəstəxanaya gətirib.

O, xəstəxanada bildirib ki, oğlu pilləkənlərdən yıxılaraq xəsarət alıb. Vəziyyəti ağır olan uşağın müayinə zamanı oturacağında göyərtilər aşkarlanıb. Buna görə Mərtcanın atası polis tərəfindən şübhəli kimi dindirilib. Polisə ifadə verən zaman ata Yılmaz dərslərini oxumadığı üçün oğlunun oturacağına bir neçə dəfə vurduğunu etiraf edib. Polis ifadə əsasında araşdırmanı daha da dərinləşdirib. Və məlum olub ki, ata oğlunu süpürgənin dəmir sapı ilə vəhşicəsinə döyüb.

Ata Yılmaz dərhal həbs olunub. Hadisədən 4 gün sonra müalicə aldığı xəstəxanada Mərtcan vəfat edib.

Yılmaz polisə verdiyi ifadədə elə şeylər danışıb ki, polislər şok keçiriblər. O deyib ki, 6 yaşlı oğlunu dərs oxumadığı üçün süpürgənin dəmir sapı ilə döyüb, dodaqları göyərən uşaq yerə yıxılıb: "Oğlum yerə yıxılıb, hərəkətsiz qalanda, qorxumdan ona ürək masajı etdim. Amma Mərtcanda hərəkətlilik olmadı. Bundan sonra oğlumu qucağıma aldım. Qusmağa başladı. Bu vaxt təcili yardım gəldi, xəstəxanaya çatdırdım. Xəstəxanada qorxumdan döydüyümü demədim, pilləkəndən yıxıldığını söylərim. Çox peşmanam".
 
Bu arada, polis Yılmazın digər övladının anasının da ifadələrini alıb. Məlum olub ki, övladını öldürən ata digər uşaqlarına və arvadına da mütəmadi olaraq zorakılıq edib, onları döyürmüş. 

Arvadı da zorakılığına görə Yılmazdan boşanıb. Yılmazın bundan başqa 10-a yaxın cinayət əməlinin olduğu üzə çıxıb. O keçmiş arvadını da təhdid edərək, uşaqların hüququnu öz üzərinə alıbmış.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Mahir · 14 Yanvar 12:1681

    Bunun ozunu supurge ile doyub oldurmek lazim idi.

    Cavab yaz
  • Anonim
    Ququ · 14 Yanvar 12:1613

    Halaldi

    Cavab yaz
  • Anonim
    Papatya · 14 Yanvar 12:3640

    Oxumur, oxumur da ay axmaq, ay vehsi. Doyule doyule oxuyan usaqdan ne olacaq guya. Boyuyub alim olsa da, insanlara, heyata nifretle boyuyen usaq olacaq. 6 yaş hələ 1ci sinif sayilir. Bacimin oglu 1ci sinifde durub gezirdi dersin ortasinda yoruldum deye. İndi de deqiq fenleri sevir, ezber ucun eve verilen şeir, hekaye ise oyrenmir. Adi ustunde usaqdi.

    Cavab yaz
  • Anonim
    anonim · 14 Yanvar 12:4720

    zorakılığa görə boşanan qadın övladını beləsinə necə etibar edib gedə bilər.

    Cavab yaz
  • Anonim
    süpürgəçi · 14 Yanvar 12:5720

    süpürgənin sapını o vəhşi atanın bir yerinə ... lazımdır.

    Cavab yaz
  • Anonim
    Ceyhun · 14 Yanvar 13:0920

    Allah lənət etsin sənə...

    Cavab yaz
  • Anonim
    Qumru · 14 Yanvar 14:3810

    Yene olan uwaqlara oldu...Uwaqlar ders oxumaq lazimdir...Ataniz sizi doyub olldurer deye yox. Savadli olmaq sizden sonra gelecek neslin de savadli olmasi demekdir. Savadli olmaga caliwin...

    Cavab yaz
    • Anonim
      · 14 Yanvar 16:0910

      Ata azyawli ovladini oldurmey de, bir, cahilliy edib !

      Cavab yaz
  • Anonim
    · 14 Yanvar 15:5010

    Ata azyawli ovladini doymey de, bir, cahilliy edib ! Bunu, eden turkiyye vetandawi polis terefinden cezalandirilacagdir !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.