Dünya

Rusiyada məktəbdə yanğın - Müəllim və şagirdlər təxliyə edildilər

11 Yanvar 2019 19:50
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın qərbində 1329 saylı məktəbdən 180-dən çox şagird və 35 əməkdaş yanğın səbəbindən təxliyə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə ilə bağlı məktəbin direktoru Veronika Burmakina xəbər verib.

Bildirilir ki, yanğın məktəbin dəhlizində baş verib.

Hadisə nəticəsində şagird və müəllim heyətindən heç kəs xəsarət almayıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğının qarşısını qısa müddətdə almağa müvəffəq olub.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. İnsidentlə bağlı araşdırma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.