Dünya

10 gün əvvəl vəzifəyə gətirilmişdi - Əri ilə birlikdə qəzada öldü

25 Dekabr 2018 20:18
0 Şərh     Baxış: 3 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10 gün əvvəl Meksikanın ən sıx əyalətlərindən olan Pueblaya qubernator təyin olunan Marta Erika Alonso helikopter qəzasında dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza nəticəsində qubernatorun həyat yoldaşı senator Rafael Moreno Valle də həlak olub. Helikopter havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

Qeyd edək ki, 45 yaşlı Marta Pueblanın ilk qadın qubernatoru idi. O, prezident Andres Manuel Lopez Obradorun dəstəklədiyi namizədə qalib gələrək qubernator seçilmişdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.