Dünya

Polisin boğazını kəsdilər - Gecə saatlarında şəhərin mərkəzində DƏHŞƏT - FOTO

17 Dekabr 2018 09:14
1 Şərh     Baxış: 2 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Beşiktaş ərazisində sevgilisinin doğum gününü qeyd edən polis hücuma məruz qalıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, polisin şüşə parçası ilə boğazını kəsən şübhəlilər artıq saxlanılıblar.

Cütlük doğum gününü qeyd etdikdən sonra gecə 02.30 radələrində məkandan çıxaraq piyada gəzməyə başlayıblar. O an bir nəfər Ağır adlı polis məmurunun və sevgilisinin qarşısını kəsərək pul istəyib. Bu zaman polis ilə həmin şəxs arasında dava olub. Şübhəli qaçaraq hadisə yerindən uzaqlaşıb.

Hadisədən sonra Ağır sevgilisini taksiyə mindirərək evinə yola salıb. Bu əsnada aralarında az öncəki şübhəlinin də olduğu 3 nəfər polisin önünü kəsərək ona hücum ediblər. Həmin an onlardan bir nəfər şüşə parçası ilə Ağırın boğazını kəsib. Qanlı olaydan sonra 3 şübhəli hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan polis məmurunun həyatını xilas etmək mümkün olmayıb.

Dərhal isti izlərlə əməliyyata başlayan polislər hər üç cinayətkarı saxlayıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.