Dünya

Ermənistanda seçki məntəqələrindən birində səsvermə dayandırılıb, pozuntular aşkar edilib

9 Dekabr 2018 14:22
0 Şərh     Baxış: 1 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə zamanı Loriysk vilayətində 22/26 seçki məntəqəsində səsvermə dayandırılıb.

Milli.Az bildirir ki, Trend-in "Sputnik Armenia"ya istinadən verdiyi məlumata görə, səsvermənin dayandırılmasına səbəb seçki məntəqəsində 4 nömrəli iştirakçının (baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku) bülletenlərinin olmaması olub.

Bundan əlavə, sosial şəbəkələrdə Razdan şəhərinin 26/14 seçki məntəqəsində videomüşahidə kameralarının işləməməsi, Ararat şəhərinin 13/2 seçki məntəqəsində buraxılış vəsiqəsi olmayan naməlum şəxsin səsvermə kabinəsində yaşlı bir insanla eyni vaxtda olması barədə xəbərlərlər yayılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.