Dünya

Meyvə-tərəvəz bahalaşdı - İranda

19 Noyabr 2018 10:18
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda istixana pomidorunun bir kiloqramı 110 min rial (təxminən 2,61 dollar), xiyarın isə 1 kiloqram üçün qiyməti 65 min riala (təxminən 1,54 dollar) çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargər deyib.

Onun sözlərinə görə, hazırda xiyar təxminən 15%, banan isə təxminən 10% bahalaşıb. Hazırda 1 kq bananın qiyməti 110 min-125 min rialdır (təxminən 2,61 - 2,97 dollar).

Kargər əlavə edib ki, adətən bu dövrdə kənd təsərrüfatı məhsulları azalır və daha çox istixana məhsulları bazara çıxarılır. Bu da qiymətlərin bahalaşmasına təsir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.