Dünya

Nikaraquada daşqın qurbanlarının sayı 17 nəfərə çatıb

23 Oktyabr 2018 08:30
0 Şərh     Baxış: 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikaraquada leysan yağışların səbəb olduğu daşqın qurbanlarının sayı 17 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Latina Prensa" agentliyi məlumat verib.

Ölkənin vitse-prezidenti Rosario Murilonun sözlərinə görə, həmin insanların əksəriyyəti məcrasından çıxan çayları keçməyə çalışarkən ölüblər. Murilo qeyd edib ki, hakimiyyət orqanları ölkənin şimalındakı torpaq sürüşməsindən əziyyət çəkən hər bir ailəyə yardım üçün təhlükəsizlik qüvvələri və avadanlıq göndərir.

Leysan yağışları ölkənin müxtəlif regionlarında iki həftədən çoxdur davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.