Dünya

Musa Məmmədovun kürəkənini belə güllələdilər - VİDEO - FOTO

18 Oktyabr 2018 22:27
0 Şərh     Baxış: 9 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 17-də İstanbulun Beykoz rayonunda tanınmış iş adamı Mustafa Erkin Karamana qarşı edilən silahlı hücumun videogörüntüsü yayılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə axşam 20.00 radələrində baş verib.

İş admı iki adamın hücumuna məruz qalıb. Naməlum şəxslər onun avtomobilinə 5 dəfə atəş açıblar. İş adamı iki güllə yarası ilə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra polis araşdırmaya başlayıb. İş adamının vurulmasında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan bir tapança və iki ov tüfəngi götürülüb.

Qeyd edək ki, iş adamı 2012-ci ildə Azərbaycanın keçmiş baş nazirinin müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə ailə həyatı qurub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Musa Məmmədovun kürəkənin belə güllələdilər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.