Dünya

«Bomj» necə milyoner oldu? – FOTO

1 Aprel 2010 11:11
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Daily Mail" xəbər verir ki, 30 illik "bomj" həyatı zamanı Kurt Degerman boş pivə şüşələri toplamaqla məşğul olub və sonda onların satışından 12 milyon İsveç kronu (təxminən 1,4 milyon dollar) qazanıb. Ancaq o, pullarını xərcləməyə macal tapmayaraq, ölüb. "Bomj"un ölümündən sonra onun bu varidatı qiymətli kağızlar, qızıl külçələr və pul əskinasları formasında qalıb.

Degermanın sağlığında onunla maraqlanmayan qohumları indi bu varidatı bölmək üçün məhkəmədə üz-üzə gəliblər. 60 yaşında ürək tutmasından dünyasını dəyişmiş Degerman özü isə ölümündən əvvəl keçirdiyi toplantıda varidatını əmisi oğluna vəsiyyət edib. Buna səbəb isə milyonçunun "bomj"luğu dövründə məhz bu əmioğlunun ona hərdən baş çəkməsi olub.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.