Dünya

İvanişvili Gürcüstanın hakim partiyasının sədri oldu

26 Aprel 2018 14:21
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, baş nazir Giorgi Kvirikaşvili partiya sədrliyindən istefa verib.
 
Keçmiş baş nazir, "Gürcü Arzusu" blokunun yaradıcısı, iş adamı Bidzina İvanişvili hakim partiyanın sədri təyin olunub. G.Kvirikaşvili deyib ki, partiyaya rəhbərlik B. İvanişviliyə təklif olunub və o, təklifi qəbul edib. Baş nazir qeyd edib ki, yaxın gələcəkdə partiyanın qurultayı keçiriləcək: "İnanıram ki, partiya Bidzina İvanişvilinin sədrliyini yekdilliklə dəstəkləyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.