Dünya

Paşinyan Sarkisyanı təqib etməyəcəyinə söz verdi

24 Aprel 2018 21:49
1 Şərh     Baxış: 2 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda etiraz hərəkatına başçılıq edən deputat Nikol Paşinyan, Ermənistanda keçmiş hakimiyyət nümayəndələrinin təqib olunmayacağını bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Paşinyanın sözlərinə görə, hazırda müvəqqəti hökumətinin bir nömrəli tapşırığı azad növbədənkənar seçkilərə hazırlıqdır.

Bundan əvvəl Paşinyan xalqın ona etimad göstərəcəyi təqdirdə, baş nazir olmağa hazır olduğunu bildirib.

Paşinyan eyni zamanda Rusiya Ermənistan arasındakı münasibətlərdən danışıb.

"Rusiya ilə əlaqələr çox vacibdir, bu iki ölkə dost və qardaş ölkələrdir. Ancaq bu o demək deyil ki, ikitərəfli münasibətlərdə problemlər yoxdur", - deyə Paşinyan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.