Dünya

Ərdoğandan Fransaya: "Həddinizi aşmayın"

30 Mart 2018 14:15
8 Şərh     Baxış: 3 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Siz kimsiniz? Həddinizi aşmayın.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, Fransanın kürd silahlılarına yardım üçün Mənbiçə ordu göndərməsi məsələsi barədə danışıb.

"Ötən həftə Makronla danışdıq. Gördüm ki, qəribə danışır, mən də cavabını verdim. Terrorçular bu gün səhər əsgərlərimizə hücum ediblər. 4 əsgər şəhid olub, 3 nəfər yaralanıb. Onlarla razılığa gəlməyimiz mümkün deyil. Fransadan həddini aşan açıqlama gəlib. Siz kimsiniz?".

Qeyd edək ki, Fransa kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Mənbic bölgəsinə ordu göndərməyi qərara alıb. Bu barədə "Parisien" nəşrinə Parisdə səfərdə olan "Suriya Demokratik Qüvvələri"nin (SDF) nümayəndə heyətinin üzvü bildirib.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.