Dünya

Kemerovodakı yanğında xəsarət alanların sayı 79-a çatdı

29 Mart 2018 10:12
0 Şərh     Baxış: 1 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Kemerovo şəhərində baş verən dəhşətli yanğında xəsarət alanların sayı 79-a çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün 12 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 67-ə ambulator yardım göstərilib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Ötən gün isə Kemerovo vilayət məhkəməsi "Zimnyaya vişnya" ticarət mərkəzindəki yanğınla bağlı mərkəzin rəhbəri Nadejda Suddenokun həbs edilməsi barədə qərar çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.