Misirin Milli Seçki Komissiyasından prezident seçkiləri ilə bağlı təkzib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misirin Milli Seçki Komissiyası prezident seçkilərinin daha bir gün müddətinə uzadılacağı xəbərini təkzib edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, komissiyanın rəsmi nümayəndəsi Mahmud əl Şərif keçirdiyi mətbuat konfransında bu xəbərlərin həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, prezident seçkiləri ilə bağlı yalan informasiya yayanlar Misir qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Mahmud əl Şərif onu da bildirib ki, prezident seçkilərinin üçüncü günündə səsvermə normal məcrada davam edib və bütün məntəqələr vaxtında açılıb. Milli Seçki Komissiyasına hər hansı ciddi şikayət, yaxud müraciət daxil olmayıb. Məntəqələrdə qeyri-hökumət təşkilatlarına, beynəlxalq və yerli müşahidəçilərə, KİV nümayəndələrinə seçkilərin gedişini maneəsiz izləmək üçün hər cür şərait yaradılıb. "Vətəndaşlar seçkilərin üçüncü günü ölkə ərazisində səsvermədə fəal iştirak ediblər, ən yüksək fəallıq isə Qahirə, Giza, İskəndəriyyə, Əl Şərkiyyə və Sinay yarımadasının şimalında müşahidə olunub", - deyə Mahmud əl Şərif qeyd edib.
Milli Seçki Komissiyasının rəsmi nümayəndəsi Misirdə prezident seçkilərində səsvermədə iştirak etməyən şəxslərə 500 Misir funtuna qədər (təqribən 30 ABŞ dolları) məbləğdə cərimə tətbiq olunduğu xəbərini təsdiqləyib. Onun sözlərinə görə, ölkə qanunvericiliyinə əsasən üzrsüz səbəbdən seçkilərdə iştirak etməyən şəxslər cərimə oluna bilərlər. Bu, təkcə prezident seçkilərinə deyil, digər seçkilərə də şamil olunur. Bu tədbir vətəndaşları seçkilərdə iştirakın vacibliyi barədə xəbərdar etmək üçün tətbiq olunur, çünki seçkilərdə iştirak etmək və fəal vətəndaş mövqeyi ölkədəki demokratik prosesin mühüm göstəricisidir.
Milli Seçki Komissiyasının rəsmisi sonda bildirib ki, məntəqələr bağlandıqdan sonra yerli qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin, KİV-lərin və prezidentliyə iki namizədin təmsilçilərinin iştirakı ilə səslərin sayılması prosesi başlayacaq. Rəsmi nəticələr aprelin 2-də elan olunacaq. Prezidentliyə namizədlər seçkilərin nəticələri elan edildiyi andan 48 saat müddətində ölkə qanunvericiliyinə uyğun olaraq pozuntularla bağlı şikayət verə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyadan Fransaya hədə dolu mesaj
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
XƏBƏR LENTİ
-
Əməkdar artist geyimlərini satışa çıxarır – Mağaza açacaq
-
"Qələbə" dairəsində yenilik - (Video)
-
Arda Güler Millətlər Liqasında bu göstəricidə lider oldu (Foto)
-
Ramiz Mehdiyev cəzasından narazıdır - Apellyasiya şikayəti verdi
-
"Kurtlar vadisi"nin məşhur aktyoru orqanlarını bağışladı - (Foto)
-
Gürcüstanda azərbaycanlı faciəvi şəkildə öldü
-
Rusiyadan Fransaya hədə dolu mesaj
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 12 küçəsində tıxac var
-
Millətlər Liqasında pley-off mərhələsinin iştirakçıları bəlli oldu
-
Noyabrda yalnız 4 BÜRC daha çox sevgi alacaq
-
Pendirin kiflənməsinin qarşısını alan saxlama üsulu: Uzun müddət təzə qalır
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
Könül Kərimova 15 kiloqram arıqlamasının səbəbini açıqladı
-
Bu 5 əşyanı dərhal evinizdən çıxarın
-
5 bürcə göydən pul yağacaq
-
Tualet kağızı tarixə qovuşur - yeni gigyena cihazı
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)





