Dünya

"ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır"

23 Fevral 2018 23:39
1 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İsrail səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və bunun üçün seçilmiş tarix təxribatdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının baş katibi Sahib Ureykatın bəyanatında bildirilir.

"ABŞ-ın İsrailin paytaxtı olaraq Yerusəlimi tanıması və məhz mayın 14-də səfirliyi açmaq qərarı rəsmi Vaşinqtonun beynəlxalq hüququ sarsıtmaq əzmində olduğunu nümayiş etdirir. Bu Fələstin xalqı, eləcə də bütün müsəlman və xristianlara qarşı təxribatdır", bəyanatda deyilir.

Bundan əvvəl Dövlət Departamenti ABŞ səfirliyinin Yerusəlimdə mayın 14-də açılacağını təsdiqləyib. Onun açılışının İsrailin 70 illiyinə həsr olunacağı vurğulanıb.

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.