Dünya

Metroda dəhşətli anlar: qadın 25 yaşlı qızı qatarın altına atdı - VİDEO - FOTO

16 Dekabr 2017 11:46
8 Şərh     Baxış: 35 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumınyada metroda dəhşətli hadisə baş verib.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, 36 yaşlı Magdalena Serban adlı qadın Alina Ciucu adlı 25 yaşlı qızı qatarın altına atıb. Qatarla platforma arasında qalan Alina can verib. Həmin anlar stansiyanın təhlükəsizlik kamerasına düşüb.

Buxarestdə baş verən hadisə görənləri dəhşətə gətirib. Belə ki, Alinanı relslərin üzərinə atan qadın o, çıxmağa çalışarkən təpikləyərək yenidən qatarın altına atıb.

Qeyd edək ki, qadınların ikisi də Dolj şəhərindəndir. Onlar Buxarestdə yaşayıblar. Cinayət törədən şəxs tutulub. Onu qısa zamanda saxlayan polislər mükafatlandırılıblar. Qadının psixoloji vəziyyəti müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Metroda dəhşətli anlar - Qadın 25 yaşlı qızı qatarın altına atdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.