Dünya

Kataloniyada qanlı referendum başa çatdı - Xeyli yaralı və həbs edilən var - YENİLƏNİB - VİDEO - FOTO

1 Oktyabr 2017 23:41
12 Şərh     Baxış: 10 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:41

Bu gün İspaniyanın Kataloniya vilayətində qeyri-qanuni referendum keçirilib. Bununla bağlı İspaniya hökumətinin başçısı Mariano Raxoy açıqlama verib.

O Kataloniyadakı seçkilərin baş tutmayacağı barədə dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan yerli hökuməti baş verən qalmaqallarda günahlandırıb.

"Heç nəyə baxmadan biz qapılarımızı bağlamayacağıq, ümid edirik ki, problem danışıqlar yolu ilə həll olunacaq. Mən insanları təxribatlara uymamağa dəvət edirəm. Çox sevinirik ki, insanların əksəriyyəti separatizm ideyasını dəstəkləmir. Mənim hökumət rəhbəri kimi əsas vəzifəm xalqımın rifahını, əmin-amanlığını, demokratik prinsiplər və qanun çərçivəsində İspaniyanın ərazi bütövlüyünü qorumaqdır",- deyə Baş nazir bildirib.

23:09

Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, səsvermədə seçicilərin 50%-dən çoxu iştirak edib.

Rəy sorğularına görə, seçicilərin 41%-i muxtariyyətin müstəqilliyinin lehinə,  49%-i isə əleyhinə səs verib.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qanunsuz hesab edir.

Kataloniyada polislə qarşıdurma zamanı xəsarət alanların sayı 761 nəfərə çatıb.

Xatırladaq ki, region sakinləri iğtişaşlar zamanı rezin güllələr və dəyənəklərdən xəsarət alıblar.

Yeri gəlmişkən, bundan əvvəl 11 İspaniya polisinin də yaralandığı barədə məlumat verilmişdi.

20:49

Kataloniya polisi Barselonada üç nəfərin ölümünü araşdırır.

Milli.Az "Report"a istinadən bildirir ki, ölənlərin meyiti San-Marti rayonundakı evlərdən birində aşkar olunub.

Hadisənin səbəbləri açıqlanmır.

İnsidentin referendum günündə baş verən iğtişaşlarla əlaqəli olub-olmadığı məlum deyil.

* * * 

Kataloniyada referendum tərəfdarları ilə polis arasında baş verən toqquşmalarda yaralananların sayı təqribən 500 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Kataloniya hakimiyyəti məlumat yayıb.

Region sakinləri iğtişaşlar zamanı rezin güllələr və dəyənəklərdən xəsarət alıblar.

Bundan əvvəl 11 İspaniya polisinin yaralandığı məlumat verilmişdi.

Hazırda müstəqilliklə bağlı referendum üzrə səsvermə davam edir. İspaniya hakimiyyəti 90-dan çox seçki məntəqəsini bağlamağa müvəffəq olub.

19:46

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 460 nəfəri ötüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Barselonanın meri Ada Kolau bildirib.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

17:10

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı ən azı 337 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya hökuməti məlmat yayıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

---------

15:21

Bu gün İspaniya polisi Barselonada Kataloniyanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumda iştirak etmək istəyənlərə qarşı rezin güllədən istifadə edib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Həftənin güzgüsü" nəşri məlumat yayıb.

Polis seçki məntəqələri yaxınlığına toplaşanlara rezin güllələrdən atəş açıb. Barselona küçələrində xəsarət almış insanlar görüntülənib. 

----------

14:17

Kataloniyada polislə toqquşmalarda 38 nəfər yaralanıb

Bu gün İspaniyanın Kataloniya muxtar əyalətində müstəqilliklə əlaqədar referendumun qarşısını almağa çalışan polislə toqquşmalar zamanı ən azı 38 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə  muxtariyyətin Səhiyyə Departamentinin "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Yaralananların əksəriyyəti yüngül xəsarət alıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır. 

----------

13:26

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, seçkini əngəlləməyə çalışan polislə kataloniyalılar arasında toqquşma baş verib.

Polis seçcilərə dəyənək, bibər qazı və su şırnaqları ilə sərt müdaxilə edib.

Etirazçılar arasında çoxlu sayda yaralı və həbs edilən var.

----------

13:13

Qərbdə "insan haqları", "millətin öz müqəddaratını həll etmək hüququ", "açıq cəmiyyət" və s. kimi aprior sayılan prinsiplərin şüarlara çevrilməsi, siyasətdə və dövlətlərarası münasibətlərdə təzyiq alətinə dönməsi elə Qərb ölkələrinin özləri üçün fəlakətli nəticələr verməyə başlayıb.

Dövlət terrorizmi siyasəti yürüdən və Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın əməllərinin qarşısının alınmasını tələb edəndə Bakı bəyanatlarla və qərarlarla qarşılaşır. Beynəlxalq təşkilatlar işğalçı Ermənistanla bağlı qəbul etdikləri bu sənədlərin icrası, sonrakı taleyi barədə əsla maraqlanmır.

İndi isə Avropa Birliyinin özündə separatçı qüvvələrin fəallaşması, Kataloniyadakı referendum olayları dünya birliyinə göstərir ki, belə təhlükələri olduğu kimi dəyərləndirməmək, onların təzahür formaları ilə ilkin mərəhələdə mübarizə aparmamaq nə qədər təhlükəlidir.

11:57

Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.

Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir.  Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər. 

----------

10:46

Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq dünəndən etibarən referendum tərəfdarları küçələrə axışaraq növbə çəkməyə başlayıblar. 

Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.

Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.

Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.

Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır.

Qeyd edək ki, 46 milyon əhalisi olan İspaniyanın Kataloniya bölgəsində 7,5 milyon insan yaşayır.

-----------

09:26

İspaniya polisi Kataloniyada müstəqillik referendumu zamanı seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan məktəblərin əksəriyyətini bağlayıb. 

APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları 2315 məktəbdən 1300-nü bağlamağa müvəffəq olub. Səsvermənin təşkil olunacağı daha 163 məktəb binası referendum tərəfdarları tərəfindən zəbt edilib.

Qeyd edək ki, İspaniyanın Kataloniya bölgəsinin rəhbərliyi bu gün müstəqillik referendumu keçirməyi planlaşdırıb. Rəsmi Madrid referendumu qanunsuz elan edib.

Sorğuların nəticələrinə əsasən, yerli əhalinin 41 faizi muxtar bölgənin müstəqil olmasını dəstəkləyir, 49 faizi isə əleyhinədir. 

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.

Полиция силой выводит желающих проголосовать на референдуме в Каталонии

Полиция начала закрывать избирательные участки в Каталонии

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.