Dünya

Hərbçilər Kəşmiri top atəşinə tutdu: 6 ölü, 26 yaralı

22 Sentyabr 2017 15:46
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan hərbçilərinin Pakistanın nəzarəti altında olan Kəşmir və Cammu bölgəsinin topa tutuması nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu haqda Pakistan Müdafiə Ordusu məlumat yayıb.

İnformasiyaya əsasən, ölənlərdən 4-ü qadın, yaralananlardan isə 15-i qadın, 5-i uşaqdır.

Pakistan hərbçiləri atəşə cavab veriblər. 2003-cü ildə Hindistanla Pakistan arasında atəşkəs əldə edilmişdi. Ancaq ötən müddət ərzində atəşkəsin pozulduğu haqda məlumatlar yayılıb. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.

1947-ci ildən indiyədək Cammu və Kəşmirdəki münaqişə nəticəsində 70 min nəfər ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.