Dünya

Finalindiyada terroru mərakeşli törədib

20 Avqust 2017 11:55
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın Turku çəhərində baş verən silahlı hücumda şübhəli bilinən mərakeşlinin adı Abdul Rəhmandır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu adda bir gəncin 2016-cı ildə Finlandiya ərazisindən köcdüyü məlum olub. Lakin onun yenidən ölkəyə necə qayıtdığı bəlli deyil.

Məlumata görə, həmin gənc Pansiodada qaçqınların qəbul olunduğu məkanda yaşayıb. Miqrantlar mərkəzində Abdul Rəhman haqda danışanlar onun qapalı və depressiv biri olduğunu deyiblər. O, çox vaxt tək gəzib və heç kimlə ünsiyyət qurmurmuş. Gününün çoxunu yaxınlıqdakı barlarda və oyun avtomatlarında keçirirmiş: "Baxmayaraq ki, o gənc idi, onu qızlar maraqlandırmazdı. Onu heç zaman əlində telefonla görə bilməzdin. O, çox sakit və təmkinli görünürdü. Adama elə gəlirdi ki, o, öz aləmindədir".

Xatırladaq ki, Turkuda bir nəfər küçədən ötənlərə bıçaqla hücum edib. İnsident zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.