Dünya

"Lotular" Moskvaya yığışır

27 Dekabr 2014 20:45
0 Şərh     Baxış: 6 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qanuni oğrular" Moskvada geniş miqyaslı yığıncağa hazırlaşır.

Milli.Az anspress-ə istinadən bildirir ki, artıq bu məqsədlə nüfuzlu "qanuni oğrular" Moskvaya yığışmağa başlayıb. Rus mətbuatı yazır ki, söhbət MDB və Avropa ölkələrindən gələn avtoritetlərdən gedir.

Verilən informasiyaya görə, bu oğru nüfuzlularının və "kriminal generallar"ının son illər ərzində ən geniş miqyaslı yığıncağı olacaq. Son günlərin gedişatında paytaxta bir neçə "qanunşünas" gəlib. Bunların arasında Dato kimi məşhurlaşan David Sebiskveradze və Vaja Biqanişvilidə var.

Noyabrda Şeremetyevoda "qanuni oğru" Lyoxa İrkutsk tutulub. Ona qarşı "dövlət sərhədini qanunsuz keçmə cəhdi" ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.