Dünya

"İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq" - Həsən Ruhani

5 Avqust 2017 20:17
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidenti Həsən Ruhani bildirib.
 
"Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir", - deyə H. Ruhani qeyd edib.

Prezident əlavə edib ki, rəsmi Tehran nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq: "İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.