Dünya

5 uşağı eyni yerdə zorladı: öldürüb cəsədlərin yoxa çıxartdı - FOTO

17 May 2017 12:54
3 Şərh     Baxış: 1 705

İngiltərədə dünyanın gördüyü ən qorxunc cütlüklərindən Myra Hindley-in 2002-ci ildə həbsdə ölməyindən sonra Lan Brady də xəstəxanada dünyasını dəyişib. Qatı cinayətkarın can verdiyi məqamda polis illərlə sirr kimi saxladıqları 12 yaşadək qurbanlarının yerini deməyi üçün Brady-ə yalvarıb.

Böyük sirr dünyanın gördüyü ən qorxunc qatillərdən biriylə birlikdə məzara getdi. İngiltərənin ən qorxunc qatili olmuş Lan Brady 79 yaşında ömürlük həbs cəzasını çəkərkən Merseysaytdakı "Aşvors" xəstəxanasında ağciyər xərçəngindən ölüb. Bradynin sevgilisi Myra Hindley isə 2002-ci ildə yenə ömürlük həbs cəzasını çəkərkən həbsxanada dünyasını dəyişir.

1960-cı illərdə dünyanın ən dəhşətli cinayətlərinə imza atan cütlüyün son qurbanı olan 12 yaşlı Keis Bennett adlı oğlanın cəsədi bu günə kimi tapılmır. Bütün qətllərin eyni yerdə törədildiyi növbəti cinayət öncəsi Brady Keis Bennetti zorlayıb və sevgilisi də qorxunc təcavüzü və qətli izləyib.

Digər qurbansa 10 yaşlı Lesley Ann Dovney... Qaniçən cütlük azyaşlı qızın bağlanmış və çılpaq bədəninin fotosunu çəkib. İşin ən qorxunc tərəflərindən biri də Brady-nin qıza təcavüz etdiyini Hindleyin soyuqqanlı şəkildə videoya çəkməyidir. Zavalı qızın ağlamağı, yalvarışı video ərzində heç kəsilmir. Lesley də digərləri kimi eyni yerdə qətlə yetirilir.

Son cinayət 1965-ci ildə törədilir. Bu cinayət cütlükləri ələ verir. 17 yaşlı Edvard Evansın evlərinə daxil olan qatil cütlük uşağın başını baltayla parçalayır. Cinayət zamanı qadının ögey qardaşı hadisənin üstünə gəlib çıxınca, hər şey ortaya çıxır. Brady cəsədi daşımaq və evi təmizləmək üçün ögey qardaşdan kömək istəyir. Dəhşət qorxan David Smit kömək etdikdən sonra evdən qaçaraq polisə gedir.

Dünyanın ən qorxunc cütlüyünün cinayətləri beləcə sona çatır. 

Onların törətdiyi ardıcıl qətllərin ortaya çıxmağıyla ömürlük həbs cəzasına məhkum edilən cütlük o tarixə qədər öldürdükləri 5 uşaqdan birinin də olsun yerini əsla açıqlamadı.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Umrao · 17 May 13:3410

    Goresen indi o dunyada cekirler cezalarini?Bunlari vam odda yandirmaq lazim idi ezab ceke ceke can vererdiler,zamaninda ushaqlara yashatdiqlari cehennemi ozleri de yashayaydilar.Yeyib icib yatib olubler.Olan ushaqlara valideynlere olub.

    Cavab yaz
  • Anonim
    Ilham · 17 May 13:4600

    Onlar usaqlari,1 kere oldurduler,indise,usaqlar onlari her gun bicaqliyarlar inseAllah.Ozude,amansizcasina.

    Cavab yaz
  • Anonim
    Ilham · 17 May 13:4800

    Korbagor olsunlar.Indide az deyil bele mexluqlar.Belkemde,nesillerinnen de cixa biler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.