Dünya

Bankomatlara yeni virus hücumu - XƏBƏRDARLIQ

20 Mart 2017 15:00
0 Şərh     Baxış: 2 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada müştərilərin bank hesablarından oğurluğa imkan verən yeni virus meydana gəlib. Yeni hücum barədə məlumat Mərkəzi Bank tərəfindən bazar iştirakçılarına göndərilən xüsusi məktubda izah olunub.

Milli.Az report.az-a istinadən bildirir ki, virus bankomatın operativ yaddaşında yerləşir və fayl formasına malik deyil. Buna görə də antivirus proqramları tərəfindən müəyyən oluna bilmir. Xüsusi kodun yığılması ilə virus böyük nominallı pulların yerləşdiyi kassetdən pulların götürülməsinə şərait yaradır. Qeyd edək ki, virus müştərilərin hesabları barədə məlumatlara toxunmur. 

Bu proqramlar xaricdə meydana gəlib və hələ ki, Rusiyadakı bankomatlara hücum baş verməyib. Qeyd olunur ki, onlar "Windows" sistemi ilə işlədiyi üçün ölkədəki əksər avadanlıqları təhlükəyə atır.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.