Dünya

Son dəqiqə: ABŞ-ın ən böyük su bəndi DEŞİLDİ - 188 min insan... - FOTO

13 Fevral 2017 12:24
2 Şərh     Baxış: 10 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında olan ölkənin ən yüksək Oroville gölününün sahilindəki eyni adlı su bəndində böyük sızıntı başlayıb.

Milli.Az DailyMail-ə istinadən xəbər verir ki, son günlər əraziyə həddindən artıq yağıntının düşməsi Oroville gölündəki su səviyyəsinin yüksəlməsinə səbəb olub. Suyun səviyyəsini azaltmaq üçün işlərə başlayan əməkdaşlar bənddə dəlik əmələ gəldiyini görüblər.

Dəliyin böyüməyə başlaması və su basqınlarına səbəb olması riski səbəbiylə təxminən 16 min əhalisi olan Oroville qəsəbəsi və ətrafındakı digər məntəqələrdəki əhalinin bölgədən çıxıb, daha yüksək yerlərə getmələri barədə xəbərdarlıq edilib.

"CNN International" ən azı 188 min insanın təxliyə edildiyini yazıb.

Xəbərdarlıq sonrası minlərlə şəxs avtomobilləri ilə qəsəbədən çıxmaq üçün yola düşüb, yollarda böyük tıxac yaranıb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.