Dünya

Parisdə atışma: çantalı adamı güllələdilər - YENİLƏNİB - VİDEO - FOTO

3 Fevral 2017 14:45
0 Şərh     Baxış: 2 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

14:45

Fransa polisi Parisdə, Luvr muzeyinə girməyə çalışan adamın çantasında hər hansı partlayıcı tapılmadığını açıqlayıb. 

Milli.Az Sputniknews-a istinadən bildirir ki, Fransanın baş naziri Bernar Kaznyov hadisənin "təbiət etibarı ilə terror aktı" olduğunu deyib. 

-----------

14:25

Milli.Az Sputniknews-a istinadən bildirir ki, Fransa Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada güllələnən adam sağ olaraq ələ keçirildiyi, 1 əsgərin isə yüngül yaralandığı deyilir.

Fransa polisi yaydığı açıqlamada bildirib ki, muzeyə girməyə çalışan həmin adam təkbir gətirib. 

----------

13:43

Milli.Az Sputniknews-a istinadən bildirir ki, mətbuatda xəbər yayılandan sonra Fransa Daxili İşlər Nazirliyi Twitter hesabından açıqlama yayaraq: "ictimai təhlükəsiziyə qarşı yönəldilmiş böyük bir olayın yaşandığını" bildirib. 

Fransanın RTL telekanalı isə əlində bıçaq olan çantalı bir şəxsin Luvr muzeyinə girmək istəyərkən vurulduğunu bildirib.

Reuters-in polisdəki mənbələrə istinadən yaydığı məlumatda şübhəlinin kürəyindən vurulduğu qeyd edilib.

Turistlərə qapalı zallardan çıxmamaq tövsiyə edilib. 

----------

13:37

Fransanın paytaxtı Parisdə atışma olub.

Milli.Az bildirir ki, "Takvim"in verdiyi son dəqiqə xəbərinə görə, Parisdə muzeyə girməyə çalışan silahlı şəxs qapıda dayanan mühafizəçi əsgərə atəş açıb.

Sputniknews-un məlumatına görə isə, Luvr muzeyinə girməyə cəhd edən çantalı kişini mühafizəçi güllələyib. 

Reuters-ə açıqlama verən şahidlər deyiblər ki, muzeyi polis əhatəyə alıb, içəridəkilər təxliyə edilirlər.

Bəxtiyar Umarlı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Parisdə atışma: çantalı adamı güllələdilər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.