14:45
Fransa polisi Parisdə, Luvr muzeyinə girməyə çalışan adamın çantasında hər hansı partlayıcı tapılmadığını açıqlayıb.
Milli.Az Sputniknews-a istinadən bildirir ki, Fransanın baş naziri Bernar Kaznyov hadisənin "təbiət etibarı ilə terror aktı" olduğunu deyib.
-----------
14:25
Milli.Az Sputniknews-a istinadən bildirir ki, Fransa Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada güllələnən adam sağ olaraq ələ keçirildiyi, 1 əsgərin isə yüngül yaralandığı deyilir.
Fransa polisi yaydığı açıqlamada bildirib ki, muzeyə girməyə çalışan həmin adam təkbir gətirib.
----------
13:43
Milli.Az Sputniknews-a istinadən bildirir ki, mətbuatda xəbər yayılandan sonra Fransa Daxili İşlər Nazirliyi Twitter hesabından açıqlama yayaraq: "ictimai təhlükəsiziyə qarşı yönəldilmiş böyük bir olayın yaşandığını" bildirib.

Fransanın RTL telekanalı isə əlində bıçaq olan çantalı bir şəxsin Luvr muzeyinə girmək istəyərkən vurulduğunu bildirib.
Reuters-in polisdəki mənbələrə istinadən yaydığı məlumatda şübhəlinin kürəyindən vurulduğu qeyd edilib.
Turistlərə qapalı zallardan çıxmamaq tövsiyə edilib.
----------
13:37
Fransanın paytaxtı Parisdə atışma olub.
Milli.Az bildirir ki, "Takvim"in verdiyi son dəqiqə xəbərinə görə, Parisdə muzeyə girməyə çalışan silahlı şəxs qapıda dayanan mühafizəçi əsgərə atəş açıb.
Sputniknews-un məlumatına görə isə, Luvr muzeyinə girməyə cəhd edən çantalı kişini mühafizəçi güllələyib.
Reuters-ə açıqlama verən şahidlər deyiblər ki, muzeyi polis əhatəyə alıb, içəridəkilər təxliyə edilirlər.
Bəxtiyar Umarlı
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin: