Dünya

Müəllimin 12 yaşlı qızını məktəb direktoru zorladı - VİDEO

19 Yanvar 2017 13:28
10 Şərh     Baxış: 5 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hindistanın Bihar əyalətinin Jehanabad mahalına aid Kako qəsəbəsində 12 yaşlı əngəlli qız uşağına təcavüz edən məktəb direktoru və üç müəllim ölkəni dəhşətə gətirib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, təcavüzə uğrayan qız reanimasiyadadır, yaşamaq üçün mübarizə aparır.

Hindistanın Bihar əyalətinin Jehanabad mahalına aid Kako qəsəbəsində, iddiaya görə, əqli qüsurlu 12 yaşındakı qız uşağına məktəb direktoru Aju Əhməd və üç müəllim qrup halında təcavüz ediblər. Rajkiya Madhya Vidyalaya adlı eyni məktəbdə bədən tərbiyəsi müəllimi olan ananın evdə kömək edəcək kimsəsi olmadığı üçün uşağını məktəbə gətirdiyi açıqlanıb.

"Hindistan Express"ə danışan tənha ana: "O mənim tək uşağım və əqli qüsurludur. Evdə ona baxacaq kimsə olmadığı üçün onu da yanımda məktəbə gətirdim", - sözlərini dilə gətirib.

Polis məmuru P. K. Srivastava ötən həftə yaşanan iyrənc təcavüz hadisəsində məktəb direktoru Aju Əhməd və Atul Rəhman, Abdul Bari, M. Shakaut adlı müəllimlərin adı açıqlanmayan 12 yaşlı qızı məktəb binasının damına çıxararaq təcavüz etdiklərini təsdiqləyib. 

Sözügedən məktəbdə müəllim olan ananın qızını huşsuz və üstü-başı dağınıq halda damda tapdığı polis qeydlərində yer alan məqamlardandır. Şübhəlilərin hadisə sonrasında yoxa çıxdıqları və haqlarında həbs qərarı çıxarıldığı açıqlanıb.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Müəllimin 12 yaşlı qızı məktəb direktoru tərəfindən zorlandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.