İşdən çıxarılan avtobus sürücüləri özlərini çarmıxa çəkdilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər kəs İsa peyğəmbərin çarmıxa çəkilməsindən xəbərdardır. İnsan bunun təkraredilməz hadisə olduğunu düşünür. Əfsuslar olsun ki, bu belə deyil. Çünki indinin özündə də insanlar çarmıxa çəkilirlər. Amma bunun fərqli səbəbləri var: kimisi mövcud problemə diqqət çəkmək istəyir, kimisi adət və ənənəyə görə buna məcbur olur, kim üçünsə bu, sadəcə özünü ifadə formasıdır.
Milli.Az publika.az-a istinadən müxtəlif məqsədlər üçün çarmıxa çəkilən şəxslər haqqında yazını təqdim edir:
2014-cü ildə Paraqvayda işdən haqsız yerə çıxarıldıqlarını düşünən üç avtobus sürücüsü etiraz məqsədilə əllərini mismarlayır. Onlardan biri, Klemente Lovera isə bununla yanaşı ağzını da tikdirir. İki uşaq atası aksiya zamanı saman çöpü vasitəsilə yedizdirilir.
Qeyd edək ki, həmin il 8 avtobus sürücüsü işdən çıxarılmasına etiraz edərək özlərini çarmıxa çəkdiriblər.
1974-cü ildə rəssam Kris Burden "Volkswagen Beetle" avtomobilinin arxa hissəsinə mismarlanıb. Avtomobil küçəyə çıxarılaraq bu vəziyyət insanlara göstərilib, sonra yenidən maşını qaraja salınaraq rəssam azad edilib. Burden bundan başqa incəsənət naminə etdiyi dəliliklə də tanınır. Öz istəyi ilə ona dəfələrlə elektriklə əziyyət verilib, yandırılıb və əli güllələnib.
2015-ci ildə Hindistanın keçmiş nazirinin tərəfdarı olan Tamil-Nadun ştatının sakini "kumirinin" vəzifəyə qaytarılması üçün özünü mismarlayıb. Şixana Husaini 15 santimetrlik mismarla taxta xaça əlləri mıxlanmış vəziyyətdə 6 dəqiqədən artıq dözə bilməyib. Bu hadisədən sonra 11 may 2015-ci ildə korrupsiyada günahlandırılaraq işindən çıxarılan həmin nazir - Cayaram Cayalalita vəzifəsinə geri qaytarılıb.
2015-ci ildə Edvin Tupa adlı siyasətçi bələdiyyə başçısı vəzifəsinə namizədliyi qeydə alınmadığı üçün Boliviyanın La Pas şəhərində, hamının gözü önündə öz istəyi ilə çarmıxa çəkilir. 43 yaşlı Edvin Tupa yalnız bir ədəd 30 sm-lik mismara dözür, sonra ağrıdan qışqıraraq azad edilməsi üçün yalvarır və ürəyi gedir.
Artıq bir ilə yaxındır ki, mediada İŞİD üzvlərinin bir neçə ay öncə oğurladıqları keşişi çarmıxa çəkəcəkləri barədə məlumat dolaşır. Tom Ucunalil adlı keşiş 4 mart tarixində Yəməndəki evinə girən İŞİD üzvləri tərəfindən oğurlanıb. Həmin hadisədə 4 rahib daxil olmaqla 16 nəfər həlak olub. Keşiş hələ ki, çarmıxa çəkiləcəyi vaxtı gözləyir.
2011-ci ildə Pasxa bayramı zamanı Cənubi Koreyada bir taksi sürücüsü ölü halda tapılır. 58 yaşlı Kimin bədəni taxta xaça mismarlanmış şəkildə aşkarlanır. O, İsa peyğəmbər kimi ağ paltar geyinmiş və başına çələng taxıbmış. Polisin verdiyi məlumata əsasən, güclü inamı nəticəsində o, bu ağrılara dözə bilib. Lakin Kim qanaxma və boğulmadan ölüb.
Hər il Filippin sakinləri İsa peyğəmbərin çəkdiyi əziyyətləri üzərilərində hiss etmək üçün özlərini taxta xaça mismarlayaraq əziyyətə qatlanırlar. Kilsə rəhbərləri bunun doğru olmadığını desə də, bu ritual getdikcə daha çox insanların marağını cəlb edir. Onların bunu eləməkdə məqsədi günahlarının birdəfəlik yuyulacağını düşünməkdir.
Kanadanın Kvebek şəhərinin sakini Hose Breton kök qadınlara diqqəti çəkmək məqsədilə ilk öncə onlar üçün "Miss Ronde" adlı virtual müsabiqə təşkil edir. O, həmçinin kök qadınları televiziyada daha çox göstərmək üçün kampaniyalar keçirir. Onun ən məharətli və dramatik hərəkəti isə 2013-cü ildə özünün çarmıxa çəkilmiş videosunu sosial şəbəkələrdə yayması olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bir həftədə zirvədən eniş: "Nvidia" rəhbərinin xəyanət etirafı və milyardlıq itkilər
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
XƏBƏR LENTİ
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq
-
Emrə Altuğun əsl adı üzə çıxdı
-
Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan videosu
-
Motosiklet qəzasında ölən Elşənin fotosu - Yenilənib





