Dünya

Dünyada ən çox "mavi" harada yaşayır?

11 Aprel 2011 20:25
Baxış: 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Xinhua"ya istinadən bildirir ki, sakinləri arasında qeyri-ənənəvi cinsi yönlü insanların sayına görə ABŞ dünya dövlətləri arasında liderdir.

Araşdırmalar Birləşmiş Ştatlarda 9 milyona yaxın "mavi", lesbiyan, biseksual və transseksualın yaşadığını göstərir.
Kaliforniya Universitetinin apardığı sorğu zamanı bəlli olub ki, ölkənin yetkinlik yaşına çatmış əhalisinin 1,8 faizi biseksual, 1,7 faizi - homoseksual, 0,03 faizi isə transseksual olduqlarını deyiblər.

Birləşmiş Ştatların sakinlərinin 8,2 faizi öz cinsindən olan insanla cinsi əlaqədə olduğunu, 11 faizi isə eyni cinsdən olan adamların onları cəlb etdiyini deyib.
Psixoloqlar bu statistikanı hələ ki, şərh etməyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.