Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qafqaz Müsəlmanları İdartəsindən Quranın yandırılmasına sərt reaksiya
4 Aprel 2011 18:56
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Martın 20-də ABŞ-ın Florida ştatının Heynsvill kilsəsində Qurani-Kərimin nüsxəsinin yandırılması hadisəsini qətiyyətlə pisləyir və bu hiddət doğuran üzdəniraq hərəkətə öz qəti etirazımızı bildiririk". Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Milli.Az xəbər portalına daxil olan bəyatanda bildirilir.
Deyilir ki, özünü keşiş kimi qələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyatına toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməz haldır. Belə ki, bu hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər. Düşünürük ki, keçən il Quranın yandırılacağı ilə bağlı təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri nəticəsində neytrallaşdığı halda, bu məsələnin yenidən gündəmə gəlməsi yalnız qərəzli xarakter daşıyır. Belə ki, müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olmuş bu hadisənin törədilməsi xristian-müsəlman ziddiyyəti yaratmağa yönəlmiş addımdır.
"Səmavi kitabların sonuncusu olan Qurani-Kərimə təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin, insan hüquq və azadlıqlarının ardıcıl müdafiəçisi kimi çıxış edən, özünü İraqda, Əfqanıstanda, Liviyada müsəlman əhalinin təəssübkeşi olaraq təqdim edən bir ölkədə nümayiş etdirilməsi demokratiya adına ləkədir. Belə bir hadisə heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməz. ABŞ-ın Dövlət Departamenti tərəfindən bu məsələyə münasibət bildirilməsini gözləyirik".
İstər Tövrat, istər İncil, istərsə də Qurani-Kərim Allah tərəfindən insanlara hidayət yolunu göstərmək üçün göndərilib. Qurani-Kərimdə Musa, İsa, Məryəm və digər müqəddəslərin adları ehtiramla çəkilir, İslam onları qəbul edir. Bu kitabdakı ali mətləblərdən xəbəri olmadan onu yandırmaq mahiyyət etibarilə Tövrata da, İncilə də qarşı bir üsyandır.
QMİ milyonlarla müsəlmanın heysiyyatına toxunan bu hadisəyə qəti etirazını bildirir, ABŞ-ın dövlət rəsmilərini, ictimai birliklərini və dini mərkəz rəhbərlərini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən cıxış etməyə, insan qarşıdurmasına yol aça biləcək belə mənfur təxribatların gələcəkdə qarşısını almaq üçün fəal səy göstərməyə çağırır. İslamın müqəddəs kitabına belə bir təhqiramiz münasibətin bütün dini rəhbərlər tərəfindən pislənməsini vacib sayır, artıq insan tələfatına səbəb olmuş bu mənfur hadisəni törətmiş üzdəniraq keşişin dini ədavəti qızışdırmaq cəhdinə görə Qanunla cəzalandırılmasını tələb edir.
Gülər A.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
-
Son 2 gündə Qara dənizdə 17 Azərbaycan vətəndaşı xilas edilib - (Yenilənib)
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu - (Yenilənib)
-
“Bossların bossu” öldü
XƏBƏR LENTİ
-
“İynə ilə arıqlayanlar "çuxotka"ya oxşayırlar"
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi