Dünya

Azərbaycandan Beynəlxalq Kann kinofestvalına "Oyuncaq" gedir

1 Aprel 2011 12:05
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, gənc rejissor Ramil Adiloğlunun ekranlaşdırdığı "Oyuncaq" (Bauble) filmi Beynəlxalq Kann kinofestvalında iştirak edəcək. Qısametrajlı ekran əsəri uşaqlar üçün klounluq edən bir insanın məlum olmayan sıxıntılı özəl həyatından bəhs edir.

Filmin ssenari müəllifləri Ramil Adiloğlu, Elçin Adıgözəldir. Qısametrajlı ekran əsərində Akif Bəşir, Mübariz Nağıyev, Elvin Adıgözəl, Nahidə Əliyeva və başqaları çəkiliblər.

Filmin rejissorunun sözlərinə görə, yaxın zamanlarda Bakı kinoteatrlarının birində "Oyuncaq" filminə baxış keçiriləcək.

S.Babayeva
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.